Gürcüstanda “Tbilisoba” bayramı qeyd olunur - FOTOREPORTAJ

Gürcüstanda “Tbilisoba” bayramı qeyd olunur - FOTOREPORTAJ Tbilisi. 6 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində ənənəvi “Tbilisoba” bayramı qeyd olunur.
Region
132
6 Oktyabr , 2018 14:27
Gürcüstanda “Tbilisoba” bayramı qeyd olunur - FOTOREPORTAJ

Tbilisi. 6 oktyabr. REPORT.AZ/ Gürcüstanın paytaxtı Tbilisi şəhərində ənənəvi “Tbilisoba” bayramı qeyd olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, ikigünlük bayramla əlaqədar Tbilisinin mərkəzində avtomobillərin hərəkəti dayandırılıb.

Otuz dördüncü dəfə baş tutan “Tbilisoba” bayramı çərçivəsində kənd təsərrüfatı məhsulları yarmarkaları, kulinar festivallar, konsertlər, tamaşalar, sərgilər, müxtəlif idman yarışları, uşaqlar üçün əyləncəli proqramlar və digər tədbirlər keçirilir.

Bayram şənliklərinə Tbilisi sakinləri ilə yanaşı, şəhərin qonaqları da qatılıblar.

“Tbilisoba” bayramının ənənəsinə uyğun olaraq, oktyabrın 7-də Tbilisi şəhərinin fəxri vətəndaşlarının təltif olunması mərasimi də baş tutacaq.

Qeyd edək ki, “Tbilisoba” bayramı ilk dəfə 1979-cu ildə qeyd olunub. Bayram məhsul yığımı mövsümü, yarmarkalarla əlaqədardır və hər il oktyabr ayında keçirilir.

Son xəbərlər

Orphus sistemi