Gürcüstanda tam vaksin olunanlara ödənişsiz xidmətlər göstəriləcək

Gürcüstanda tam vaksin olunanlara ödənişsiz xidmətlər göstəriləcək Gürcüstanın Ədliyyə Nazirliyi koronavirus əleyhinə tam vaksin olunan şəxslərə güzəştlər tətbiq edəcək.
Region
1 Sentyabr , 2021 09:35
Gürcüstanda tam vaksin olunanlara ödənişsiz xidmətlər göstəriləcək

Gürcüstanın Ədliyyə Nazirliyi koronavirus əleyhinə tam vaksin olunan şəxslərə güzəştlər tətbiq edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qurumun yaydığı məlumatda bildirilib.

Məlumata əsasən, peyvəndin hər iki dozasını vurduranlar nazirliyin xidmətlərinin bir qismini ödənişsiz, bir qismini isə yarı qiymətə əldə edəcəklər.

Ödənişsiz xidmətlərə fərdi sahibkarın qeydiyyatı, qeydiyyata dair məlumatların dəyişdirilməsi, ləğvi və daşınmaz əmlak bəyannaməsinin yenilənməsi daxildir 50 %-lik endirimdən isə evliliyi əngəlləyən hallar barədə bildirişin alınması və şəxsiyyət vəsiqəsinin sertifikatının yenilənməsi xidmətlərindən istifadə zamanı yararlanmaq mümkün olacaq.

Ədliyyə evlərində və icma mərkəzlərində göstəriləcək güzəştli xidmətlərdən istifadə üçün öncədən növbəyə yazılma tələb edilmir.

Qeyd edək ki, avqustun 31-nə olan məlumata əsasən, Gürcüstanda COVID-19-a qarşı peyvənd olunanların sayı 1 184 306 nəfər təşkil edir. Onların 27,7 %-i bir dozanı, 13,8 %-i isə hər iki dozanı alıb.

Son xəbərlər

Orphus sistemi