Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.
2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi.
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.
Gürcüstanda bu gün keçirilən parlament seçkiləri ilə bağlı səsvermənin ilk iki saatında seçici fəallığı 9,27% təşkil edib.
"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan MSK məlumat yayıb.
Artıq 324 197 nəfər səs verib.