Gürcüstanda səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatının son tarixi müəyyənləşib
Region
- 30 mart, 2024
- 05:38
Gürcüstan vətəndaşları parlament seçkilərində iştirak etmək üçün 2024-cü il oktyabrın 7-dək konsulluqda qeydiyyatdan keçməlidirlər.
"Report" Gürcüstan KİV-ə istinadən xəbər verir ki, bunu Gürcüstan Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Giorgi Kalandarişvili deyib.
Bildirilib ki, Gürcüstan qanunvericiliyinə görə, səsvermədə iştirak etmək üçün konsulluq qeydiyyatında olmaq mütləqdir.
Onun sözlərinə görə, konsulluq qeydiyyatında olanların siyahıları seçki məntəqələrinin açılması üçün əsas olacaq: "MSK öz səlahiyyətləri çərçivəsində xaricdə yaşayan həmyerlilərin seçkilərdə iştirakla bağlı məlumatlandırılmasını təmin edən qanunun ardıcıl icrası üçün hər şeyi edəcək".
Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 26-da keçiriləcək.
Son xəbərlər
13:24
Ukrayna üzrə danışıqların yeni raundu Cenevrədə keçirilə bilər
Region13:24
İsveçrənin Cənubi Qafqaz siyasəti ciddi suallar doğurmaqdadır – RƏY
Xarici siyasət13:21
Zaqatalada yağış, Daşkəsən və Şahdağda qar yağır - FAKTİKİ HAVA
Ekologiya13:14
Milli QHT Forumu: "Amnesty International" Azərbaycan cəmiyyətində onsuz da sarsılmış nüfuzunu sıfırladı
Xarici siyasət13:12
Ombudsman "Amnesty International" rəsmisinin Ruben Vardanyanla bağlı bəyanatına münasibət bildirib
Xarici siyasət13:09
WUF13-ün xarici iştirakçıları üçün viza pulsuz olacaq
Xarici siyasət13:09
Bakıda keçiriləcək WUF13-də iştirak üçün artıq qeydiyyatdan keçənlərin sayı açıqlanıb
İnfrastruktur12:59
Rafiq Hüseynov: "Yalnız medal qazanan deyil, sabit nəticə verən güləşçilər yetişdirmək istəyirik"
Fərdi12:59
Foto