Gürcüstanda seçkilərdə elektron texnologiyalar tətbiq olunacaq

Gürcüstanda seçkilərdə elektron texnologiyalar tətbiq olunacaq “Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilərdə elektron texnologiyaların tətbiqi planlaşdırılır”.
Region
11 Yanvar , 2021 15:51
Gürcüstanda seçkilərdə elektron texnologiyalar tətbiq olunacaq

“Gürcüstanda yerli idarəetmə orqanlarına seçkilərdə elektron texnologiyaların tətbiqi planlaşdırılır”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze bildirib.

Onun sözlərinə görə, seçki islahatları çərçivəsində səsvermə aparatı və seçicilərin barmaq izləri ilə qeydiyyata alınması üçün avadanlıqların alınması nəzərdə tutulub.

İ.Kobaxidze deyib ki, müasir texnologiyalar istənilən manipulyasiya, həmçinin səslərin sayılması zamanı insanların yol verə biləcəyi səhvləri birdəfəlik aradan qaldırmağa imkan verəcək.

Elektron texnologiyalardan ilk dəfə olaraq gələn ilin oktyabr ayında keçiriləcək bələdiyyə seçkilərində istifadə olunacağı gözlənilir.

Son xəbərlər

Orphus sistemi