Gürcüstanda qrip virusundan ölüm faktı qeydə alınıb

Gürcüstanda qrip virusundan ölüm faktı qeydə alınıb Gürcüstanın Çiatura rayonunda 30 yaşlı qadın ölüb.
Region
111
8 Yanvar , 2020 10:43
Gürcüstanda qrip virusundan ölüm faktı qeydə alınıb

Gürcüstanın Çiatura rayonunda 30 yaşlı qadın ölüb.

“Report”un yerli bürosu xəbər verir ki, onun ölümünə səbəbin qrip virusu olduğu bildirilir.

Pasiyent yanvarın 7-də qrip virusu simptomları ilə xəstəxanaya çatdırılıb. O, xəstəxanaya daxil olandan saatyarım sonra dünyasını dəyişib.

Qeyd edək ki, hazırda qonşu ölkədə qripə yoluxma halları 100 min nəfərə 191 hal təşkil edir. Ölkədə hazırda “B” və “A” tipli qrip virusu müşahidə olunur. Ən çox yayılan virus B tipinə (80%) aiddir.

Ötən ay Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) iki nəfər ölüb.

Son xəbərlər

Orphus sistemi