Gürcüstanda “Qızılgül inqilabı”ndan 18 il ötür

Gürcüstanda “Qızılgül inqilabı”ndan 18 il ötür Bu gün Gürcüstanda “Qızılgül inqilabı”nın 18-ci ildönümü tamam olur.
Region
23 Noyabr , 2021 11:15
Gürcüstanda “Qızılgül inqilabı”ndan 18 il ötür

Bu gün Gürcüstanda “Qızılgül inqilabı”nın 18-ci ildönümü tamam olur.

“Report”un yerli bürosu xatırlardır ki, qonşu ölkədə hakimiyyət çevrilişi 2003-cü ilin noyabrın 23-də keçmiş prezident Mixeil Saakaşavilinin rəhbərliyi altında baş verib.

Tarixə “Qızılgül inqilabı” kimi daxil olan hadisədən sonra Gürcüstanda hakimiyyətə Vahid Milli Hərəkat Partiyası gəlib və 2012-ci ilədək ölkəyə rəhbərlik edib.

Gürcüstanda həbsdə olan M.Saakaşvili inqilabın növbəti ildönümü ilə bağlı açıq məktub yayıb. Onun sözlərinə görə, “Qızılgül inqilabı”na qədər Gürcüstan qaranlıqda idi, ondan sonra isə parıldamağa başladı. Siyasətçi qeyd edib ki, Gürcüstan keçmiş şərəf və əzəmətini geri qaytaracaq.

Bu gün çevrilişin 18-ci ildönümü münasibətilə Tbilisidə Azadlıq meydanından keçmiş “Qızılgül”, hazırkı Birinci Respublika meydanına qədər canlı zəncir təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi