Gürcüstanda qəsdən adam öldürməyə görə cəzalar ağırlaşdırılır

Gürcüstanda qəsdən adam öldürməyə görə cəzalar ağırlaşdırılır Gürcüstanda qətlə görə minimum həbs müddəti artırılacaq.
Region
13 Aprel , 2022 16:00
Gürcüstanda qəsdən adam öldürməyə görə cəzalar ağırlaşdırılır

Gürcüstanda qətlə görə minimum həbs müddəti artırılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı ölkənin Cinayət Məcəlləsinə dəyişikliklər ediləcək.

Parlamentin Hüquqi məsələlər üzrə Komitəsinin hazırladığı layihəyə əsasən, qəsdən adam öldürməyə görə azadlıqdan məhrum etmənin minimal müddəti 7 ildən 10 ilədək artırılır.

Komitə sədri Anri Oxanaşvili bildirib ki, sənəddə ağırlaşdırıcı hallarda qəsdən törədilən qətl cinayətinə görə 16 ildən 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulub.

Qanun layihəsi komitənin gələn həftə keçiriləcək iclasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi