Gürcüstanın Zuqdidi rayonunun Cumi kəndində ötən gecə qətl törədilib.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, qardaş qardaşı qətlə yetirib.
Hadisə qəbiristanlıqda baş verib. Qardaşların mübahisə etdiyi bildirilir.
Qətli törədən 1983-cü il təvəllüdlü şəxs qəsdən adamöldürmə faktı üzrə “isti izlər”lə saxlanılıb. O, günahını etiraf edib.