Gürcüstanda Prezident seçkilərinin ikinci turuna 4 mln. dollara yaxın vəsait ayrılıb

Gürcüstanda Prezident seçkilərinin ikinci turuna 4 mln. dollara yaxın vəsait ayrılıb Tbilisi. 15 noyabr. REPORT.AZ/ Gürcüstanda Prezident seçkilərinin ikinci turunun keçirilməsinə dövlət büdcəsindən 10 583 022 lari (4 mln. dollara yaxın) ayrılıb.
Region
15 Noyabr , 2018 20:11
Gürcüstanda Prezident seçkilərinin ikinci turuna 4 mln. dollara yaxın vəsait ayrılıb

Tbilisi. 15 noyabr. REPORT.AZ/ Gürcüstanda Prezident seçkilərinin ikinci turunun keçirilməsinə dövlət büdcəsindən 10 583 022 lari (4 mln. dollara yaxın) ayrılıb.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, vəsait seçkilərə hazırlıq, seçki subyektlərinin maliyyələşdirilməsi və digər istiqamətlər üzrə xərclənəcək.

Qeyd edək ki, qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib. Birinci turun keçirilməsinə 15,1 mln. dollardan çox vəsait xərclənib.

Seçkilərin ikinci turu noyabrın 28-də keçiriləcək. İkinci turda mübarizə iki namizəd - Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.

Son xəbərlər

Orphus sistemi