Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turu olacaq.
Region
29 Oktyabr , 2018 01:31
Gürcüstanda prezident seçkilərinin ikinci turu keçiriləcək

Tbilisi. 29 oktyabr. REPORT.AZ/ Gürcüstanda prezident seçkilərinin ikinci turu olacaq.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bunu Gürcüstan parlamentinin sədri, hakim Gürcü Arzusu Partiyasının icraçı katibi İrakli Kobaxidze brifinqdə deyib.

O bildirib ki, seçkilərdə Salome Zurabişvili qalib gəlsə də, bu saata olan məlumatlara əsasən, ikinci turun olacağı məlum olub:

“Səslərin sayılması prosesi davam edir. Bizə protokolların məlumatları daxil olur. 1000 seçki məntəqəsi üzrə səslər sayılıb. Lider Salome Zurabişvilidir. Bu mərhələdə aydındır ki, ikinci tur olacaq və Salome Zurabişvili və Qriqol Vaşadze həmin turda iştirak edəcəklər. Bu, 1000 seçki məntəqəsi üzrə məlumatların əsasında məlum olub”.

İ.Kobaxidze hakim komandanın S.Zurabişvilinin ikinci turda qələbəsinə əmin olduğunu qeyd edib.

Bundan əvvəl Gürcüstanın Azərbaycandakı səfirliyində keçirilmiş səsvermədə prezidentliyə müxalif namizədin liderlik etdiyi açıqlanmışdı.

Son xəbərlər

Orphus sistemi