Gürcüstan vətəndaşlarının şəxsiyyət vəsiqələrində milliyətin göstərilməsi təklif olunur.
“Report”un yerli bürosu xəbər verir ki, bu təşəbbüslə millətçi “Gürcü marşı” Partiyası çıxış edib.
Parlamentin Prosedur qaydaları komitəsinin bugünkü iclasında məsələyə baxılıb. Bildirilib ki, təşəbbüsün qanun layihəsi kimi qeydiyyata alınması və qanunverici orqanda müzakirəyə çıxarılması üçün təşəbbüs qrupu 45 gün ərzində ən azı 25 min imza toplamalıdır.
Layihədə vətəndaşların şəxsiyyət vəsiqələrinə milliyət qrafasının əlavə olunması və könüllülük əsasında bu bölmənin doldurulması nəzərdə tutulub.