Gürcüstanda özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçirilir

Gürcüstanda özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçirilir Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçirilir.
Region
30 Oktyabr , 2021 08:00
Gürcüstanda özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçirilir

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına seçkilərin ikinci mərhələsi keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, saat 08:00-dan etibarən 1 830 seçki məntəqəsində səsvermə prosesi başlayıb.

Ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib ki, məntəqələrdə pandemiya şəraitindən irəli gələn bütün qaydalara əməl olunur və seçicilərə sağlamlıq üçün təhlükəsiz mühitdə səsvermə imkanı yaradılıb.

İkinci tur üçün seçicilərin ümumi sayı 2 008 722 nəfər təşkil edir. Onlar Tbilisi də daxil olmaqla 5 şəhər və 15 bələdiyyəyə mer, 24 seçki dairəsi üzrə isə 42 majoritar üzv seçəcəklər.

Səsvermə prosesini seçki subyektlərinin 5 309 nümayəndəsi, 100 yerli təşkilatın 35 198 və 52 beynəlxalq qurumun 1 102 müşahidəçisi izləyir. Seçkiləri 119 KİV-dən 1 102 təmsilçi işıqlandırır.

Qeyd edək ki, yerli seçkilərin ilk turu oktyabrın 2-də baş tutub.

Son xəbərlər

Orphus sistemi