Gürcüstanda olan QİÇS-li xəstələrin sayı açıqlanıb

Gürcüstanda olan QİÇS-li xəstələrin sayı açıqlanıb Gürcüstanda QİÇS-ə yoluxanların sayı 8150 nəfər təşkil edir.
Region
4 Fevral , 2020 16:51
Gürcüstanda olan QİÇS-li xəstələrin sayı açıqlanıb

Gürcüstanda QİÇS-ə yoluxanların sayı 8150 nəfər təşkil edir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksiya patologiyası, QİÇS və Kliniki immunologiya üzrə Elmi-Praktik Mərkəzindən bildirilib.

Bu ilin yanvarın 31-nə olan məlumata əsasən, qonşu ölkədə bu xəstəliyə 48 yeni yoluxma halı qeydə alınıb. Ötən ilin eyni dövründə bu göstərici 41 hal təşkil edib.

Pasiyentlərin əskəriyyəti 29-39 yaş qrupuna daxil olan şəxslərdir. QİÇS 4271 xəstədə inkişaf edib, 1645 nəfər isə ölüb.

Qeyd edək ki, Gürcüstanda QİÇS-ə ilk yoluxma halı 1989-cu ildə qeydə alınıb. Qonşu ölkədə QİÇS-dən test müayinəsi və vətəndaşların müalicəsi ödənişsiz həyata keçirilir. 

Son xəbərlər

Orphus sistemi