Gürcüstanda “oğru dünyası” ilə əlaqəli şəxslər saxlanılıb

Gürcüstanda “oğru dünyası” ilə əlaqəli şəxslər saxlanılıb Gürcüstanın Tbilisi və Batumi şəhərlərində “oğru dünyası” ilə əlaqələi 3 nəfər saxlanılıb.
Region
14 Oktyabr , 2021 11:14
Gürcüstanda “oğru dünyası” ilə əlaqəli şəxslər saxlanılıb

Gürcüstanın Tbilisi və Batumi şəhərlərində “oğru dünyası” ilə əlaqələi 3 nəfər saxlanılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyindən bildirilib.

Həmin şəxslərdən biri “Dato Tbiliski” ləqəbli “qanuni oğrudur”.

İstintaqla müəyyən olunub ki, həmin şəxslər iş adamına hədə-qorxu gələrək ondan külli miqdarda pul tələb ediblər.

Saxlanılan şəxsləri 3 ildən 10 ilədək həbs gözləyir.

Son xəbərlər

Orphus sistemi