Gürcüstanda Nona Qaprindaşviliyə heykəl qoyulması tələb olunur

Gürcüstanda Nona Qaprindaşviliyə heykəl qoyulması tələb olunur Tbilisi. 1 noyabr. REPORT.AZ/ Gürcüstanın Zuqdidi şəhərində Şahmat Sarayı binasının qarşısında şahmat üzrə beşqat dünya, on bir qat olimpiya çempionu Nona Qaprindaşviliyə heykəlin qoyulması tələb olunur.
Region
1 Noyabr , 2018 16:58
Gürcüstanda Nona Qaprindaşviliyə heykəl qoyulması tələb olunur

Tbilisi. 1 noyabr. REPORT.AZ/ Gürcüstanın Zuqdidi şəhərində Şahmat Sarayı binasının qarşısında şahmat üzrə beşqat dünya, on bir qat olimpiya çempionu Nona Qaprindaşviliyə heykəlin qoyulması tələb olunur.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, yerli futbol federasiyası və veteran idmançılar bununla bağlı Zuqdidi şəhər rəhbərliyinə müraciət təqdim ediblər.

Zuqdidi Şəhər Sakrebulosunun Şəhərin inkişafı məsələləri üzrə komissiyasında müraciətə artıq baxılıb. Komissiya rəhbəri İrakli Laqvilava bildirib ki, heykəlin ucaldılması məsələsi ilə bağlı geniş məsləhətləşmələr aparılmalıdır: “Əlbəttə ki, Nona Qaprindaşvili canlı əfsanədir. O, təkcə Zuqdidi üçün deyil, Gürcüstan və dünya üçün də böyük şahmatçıdır. Hesab edirəm ki, bu məsələ ilə bağlı Nona xanımla da məsləhətləşmələr aparmağa ehtiyac var”.

Qeyd edək ki, N.Qaprindaşvili 1941-ci ildə Zuqdididə anadan olub. Şahmatçıya 2017-ci ildə Zuqdidi şəhərinin fəxri vətəndaşı adı verilib. 

Son xəbərlər

Orphus sistemi