Gürcüstanda müxalif deputatlardan biri parlamentin iclaslarına qatılacaq

Gürcüstanda müxalif deputatlardan biri parlamentin iclaslarına qatılacaq Gürcüstanın müxalif Vətənpərvərlər Alyansı Partiyasından deputat seçilən Avtandil Enukidze parlamentin iclaslarında iştirak etməyi planlaşdırır.
Region
23 Dekabr , 2020 13:23
Gürcüstanda müxalif deputatlardan biri parlamentin iclaslarına qatılacaq

Gürcüstanın müxalif Vətənpərvərlər Alyansı Partiyasından deputat seçilən Avtandil Enukidze parlamentin iclaslarında iştirak etməyi planlaşdırır.

“Report”un yerli bürosu xəbər verir ki, o, partiyanın seçki siyahısında 4-cü yerdə olub.

A.Enukidzenin sözlərinə görə, hakimiyyətin opponentləri parlament tribunasından istifadə etməlidirlər: “Parlamentə nə zaman daxil olacağımı bilmirəm. Lakin mandatdan imtina etməmişəm və etməyəcəyəm”.

Qeyd edək ki, Gürcüstanda parlament seçkilərində iştirak etmiş 8 müxalifət partiyası qanunverici orqanda təmsilçilikdən imtina edib. “Vətənpərvərlər Alyansı” 4 deputat mandatı əldə edib. Partiya bu günlərdə mandatlarından rəsmi şəkildə imtina edib.

Son xəbərlər

Orphus sistemi