Gürcüstanda münaqişənin həlli üzrə dövlət strategiyası hazırlanacaq

Gürcüstanda münaqişənin həlli üzrə dövlət strategiyası hazırlanacaq Gürcüstanda işğala son qoyulması və münaqişənin sülh yolu ilə həlli üzrə dövlət strategiyası hazırlanacaq.
Region
21 İyun , 2021 12:44
Gürcüstanda münaqişənin həlli üzrə dövlət strategiyası hazırlanacaq

Gürcüstanda işğala son qoyulması və münaqişənin sülh yolu ilə həlli üzrə dövlət strategiyası hazırlanacaq.

“Report”un yerli bürosu xəbər verir ki, baş nazir İrakli Qaribaşvilinin qərarı ilə bununla bağlı hökumət komissiyası yaradılıb.

Komissiya çərçivəsində fəaliyyət göstərəcək işçi qrup ilin sonunadək ictimaiyyətin cəlb olunması ilə inklüziv də dövlət strategiyası hazırlayacaq. Komissiya və işçi qrupa Xarici İşlər Nazirliyi rəhbərlik edəcək.

Sənədin hazırlanmasında dövlət qurumları, həmçinin vətəndaş cəmiyyəti – araşdırma mərkəzləri, QHT-lər, ekspertlər, münaqişədən zərər çəkənlər də iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi