Gürcüstanda milli təhlükəsizlik məsələləri üzrə şura yenidən qurulacaq
Region
- 21 noyabr, 2018
- 13:09
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Tbilisi. 21 noyabr. REPORT.AZ/ Gürcüstanın Milli Təhlükəsizlik Şurası yenidən qurulacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər naziri Giorgi Qaxaria jurnalistlərə bildirib.
O deyib ki, şura gələn ilə qədər yeni formatda təşkil olunacaq və Baş nazirə tabe olacaq:
“Dekabr ayının 1-nə qədər parlamentdə bu məsələ ilə bağlı qanunvericilik təşəbbüsünün irəli sürülməsi nəzərdə tutulub”.
Qeyd edək ki, Gürcüstan Prezidenti Giorgi Marqvelaşvilinin bu gün imzaladığı konstitusiya dəyişikliklərinə əsasən, yeni dövlət başçısının inauqurasiyasından sonra prezident yanında məşvərətçi orqan olan Milli Təhlükəsizlik Şurası ləğv olunacaq.
Son xəbərlər
14:30
Dünya çempionatı: Azərbaycanın iki sərbəst güləşçisi yarımfinala vəsiqə qazanıb - Yenilənib
Fərdi
14:23
Azərbaycan xalça və xalça məmulatlarının istehsalını 61 dəfə artırıb
Sənaye
14:20
Foto
Daşkənddə Azərbaycanın Zəfər Günü qeyd edilib
Xarici siyasət
14:20
Azərbaycandakı bankların qeyri-faiz gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
14:16
İran ABŞ-nin Keşm adası yaxınlığında iki balıqçı gəmisinə hücum etdiyini bildirib
Digər ölkələr
14:13
Canni İnfantino: "Bakıdakı U-15 dünya çempionatı və festivalı FIFA-nın ən uğurlu layihəsidir"
Futbol
14:13
Nilufər Atayeva: Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyası üçün yeni imkanlar yaradacaq
Xarici siyasət
14:00
Azərbaycandakı bankların faiz gəlirlərinin məbləğinə görə renkinqi (Yanvar-sentyabr, 2026)
Maliyyə
13:43
Deputat: Azərbaycançılıq bizim üçün yalnız şüar deyil
Daxili siyasət