Gürcüstanın Laqodexi rayonunun Matsimi kəndi yaxınlığında yanğın baş verib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.
Meşə yaxınlığında qeydə alınan yanğın nəticəsində 10 hektar sahədə ot və kol örtüyü yanıb.
Yanğının aradan qaldırılmasına yaxınlıqdakı rayonlardan da yanğınsöndürənlər cəlb olunub. Küləyə baxmayaraq, yanğının lokallaşdırılmasına nail olunub.
Yanğının başvermə səbəbi hələ məlum deyil.