Gürcüstanda meşə yanğınları üçün 4 helikopter cəlb olundu

Gürcüstanda meşə yanğınları üçün 4 helikopter cəlb olundu Gürcüstanın Mestia rayonunda dördüncü gündür meşə yanğınları davam edir.
Region
248
8 İyul , 2020 10:18
Gürcüstanda meşə yanğınları üçün 4 helikopter cəlb olundu
0 : 00
0 : 00

Gürcüstanın Mestia rayonunda dördüncü gündür meşə yanğınları davam edir.

“Report”un yerli bürosu xəbər verir ki, alov Xaişi kəndi yaxınlığındakı dağlıq ərazidə qeydə alınıb.

Yanğının aradan qaldırılmasına 200-ə yaxın yanğınsöndürən və 10 xüsusi texnika cəlb olunub. Gürcüstanın Sərhəd Polisinin 4 helikopteri də alovun söndürülməsi işlərində iştirak edir.

Relyefin mürəkkəbliyi və küləkli hava yanğının aradan qaldırılmasını çətinləşdirib. Artıq dörd aktiv yanğın ocağının üçünün lokallaşdırılmasına nail olunub. 

Hadisə ilə bağlı xüsusi qərargah yaradılıb. Yanğının tam aradan qaldırılması üzrə tədbirlər fəal şəkildə davam etdirilir.