Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadıla bilər

Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadıla bilər Gürcüstan hökumətinin koronavirus pandemiyası dövründə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 6 ay artırıla bilər.
Region
15 Dekabr , 2020 16:35
Gürcüstanda məhdudiyyətlərin tətbiqi müddəti 6 ay uzadıla bilər

Gürcüstan hökumətinin koronavirus pandemiyası dövründə fövqəladə vəziyyət elan etmədən məhdudiyyətlər tətbiq etmək səlahiyyətinin müddəti 6 ay artırıla bilər.

“Report”un yerli bürosu xəbər verir ki, bununla bağlı qanunvericilik təşəbbüsü hazırlanıb.

Parlamentin Səhiyyə komitəsinin sədri Dimitri Xundadze bildirib ki, “İctimai sağlamlıq” haqqında qanuna edilmiş düzəlişlər dövlətə koronavirusun səbəb olduğu ziyanın qarşısını almağa imkan verir: “Ümid edirik ki, gələcəkdə düzəlişlərin qüvvədə qalma müddətinin uzadılmasına ehtiyac olmayacaq. Belə ki, 6 ay müddətində koronavirusa qarşı peyvəndin Gürcüstanda əlçatan olacağı gözlənilir”.

Qeyd edək ki, bu ilin iyulunda adıçəkilən qanuna edilən düzəlişlərlə Gürcüstan hökumətinə 2021-ci ilin yanvarın 1-dək ölkə ərazisində fövqəladə vəziyyət tətbiq etmədən məhdudlaşdırıcı tədbirlər həyata keçirmək səlahiyyəti verilib.

Son xəbərlər

Orphus sistemi