Gürcüstanda Mədəniyyət Məcəlləsi qəbul olunacaq

Gürcüstanda Mədəniyyət Məcəlləsi qəbul olunacaq “Gürcüstanın mədəniyyət sahəsində islahatlar həyata keçiriləcək”.
Region
30 Mart , 2021 10:57
Gürcüstanda Mədəniyyət Məcəlləsi qəbul olunacaq

“Gürcüstanın mədəniyyət sahəsində islahatlar həyata keçiriləcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin mədəniyyət, idman və gənclər naziri Tea Tsulkiani bildirib.

Onun sözlərinə görə, bu məqsədlə Mədəniyyət Məcəlləsi hazırlanacaq: “Mədəniyyət üçün məcəllə lazımdır, çünki bu sahəyə aid olan normalar onlarla qanunda yer alıb. Mədəniyyətin inkişafı üçün bütün normalar vahid və müasir tələblərə uyğun sənəddə əksini tapmalıdır”

Gürcüstan parlamentinin Mədəniyyət Komitəsinin sədri Eliso Bolkvadze isə deyib ki, məcəllənin yaradılması mədəniyyət sektorunda irəliyə atılmış addım olacaq. Onun sözlərinə görə, mədəniyyət xadimləri anlamalıdırlar ki, islahatlarsız inkişaf mümkün deyil.

Son xəbərlər

Orphus sistemi