Gürcüstanda matəm elan olunub

Gürcüstanda matəm elan olunub Tbilisi. 16 yanvar. REPORT.AZ/ Tbilisidə yaşayış binasında 4 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı yanvarın 17-si Gürcüstanda matəm günü elan olunub.
Region
1986
17 Yanvar , 2019 01:53
Gürcüstanda matəm elan olunub

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Tbilisidə yaşayış binasında 4 nəfərin ölümünə səbəb olan faciə ilə bağlı yanvarın 17-si Gürcüstanda matəm günü elan olunub.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstanın baş naziri Mamuka Baxtadze qərar qəbul edib.

Qərara əsasən, sabah Gürcüstanda bütün dövlət qurumlarında və xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə dövlət bayraqları endiriləcək.

Qeyd edək ki, Tbilisinin Didi Diğomi rayonunda yaşayış binasında qaz sızmasının səbəb olduğu güclü partlayış nəticəsində 4 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb

Son xəbərlər

Orphus sistemi