Gürcüstanda Kür çayı hövzəsində monitorinqlər aparılır

Gürcüstanda Kür çayı hövzəsində monitorinqlər aparılır Gürcüstanda Kür çayı hövzəsində suyun keyfiyyətinə mütəmadi nəzarət həyata keçirilir
Region
2 İyun , 2021 11:23
Gürcüstanda Kür çayı hövzəsində monitorinqlər aparılır

Gürcüstanda Kür çayı hövzəsində suyun keyfiyyətinə mütəmadi nəzarət həyata keçirilir.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit üzrə Milli Agentliyindən bildirilib.

Qeyd olunub ki, hər ay 15, üç ayda bir dəfə isə 34 məntəqədən su nümunələri götürülür.

Bu gün qeyd olunan Kürün mühafizəsi günü ilə əlaqədar olaraq agentliyin əməkdaşları çayın Tbilisinin mərkəzindən keçən hissəsindən nümunələr götürərək laboratoriyaya göndəriblər. Yoxlamaların nəticələri bir neçə gündən sonra açıqlanacaq.

Qeyd edək ki, Kür (Mtkvari – gürcücə) Gürcüstanın ən əsas çayıdır. Çayın mühafizəsi günü 1999-cu ildə təsis olunub.

Son xəbərlər

Orphus sistemi