Gürcüstanda daha 3 nəfər koronavirusdan vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə bu xəstəlikdən dünyasını dəyişənlərin sayı 31-ə çatıb.
Son sutkada sağalanların sayı isə 148 nəfər artaraq 2 054 olub.