Gürcüstanda son sutkada koronavirusdan 2 yeni ölüm halı qeydə alınıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə indiyədək COVID-19 səbəbindən vəfat edənlərin sayı 39-a çatıb.
Son 24 saat ərzində xəstəlikdən sağalanların sayı isə 796 nəfər artaraq 3 120 olub.