Gürcüstanda daha iki şəxsin koronavirusa yoluxduğu müəyyən olunub.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı yaratdığı xüsusi rəsmi saytda bildirilib.
Bununla koronavirus yoluxma hallarının sayı 75-ə yüksəlib. Yoluxanların 10-u tam sağalıb. Hazırda qonşu ölkədə aktiv virus infeksiyası daşıyıcılarının sayı 65 nəfər təşkil edir.
Karantində 4 055, stasionar nəzarətdə isə 252 nəfər saxlanılır.