Gürcüstanda koronavirusa yoluxanların sayı 83 nəfərə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 83 nəfərə çatdı Gürcüstanda daha iki şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.
Region
27 Mart , 2020 21:59
Gürcüstanda koronavirusa yoluxanların sayı 83 nəfərə çatdı

Gürcüstanda daha iki şəxsdə koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxma sayı 83-ə çatıb.

Hazırda karantində 4 641, stasionar nəzarətdə isə 239 nəfər saxlanılır.

Gürcüstanda COVID-19 infeksiyasına yoluxanların 14-ü sağalıb. Hazırda aktiv virus daşıyıcılarının sayı 69 nəfər təşkil edir.

Son xəbərlər

Orphus sistemi