Gürcüstanda koronavirusa yoluxanların sayı 485-ə çatdı

Gürcüstanda koronavirusa yoluxanların sayı 485-ə çatdı Gürcüstanda koronavirusa 29 yeni yoluxma halı qeydə alınıb.
Region
26 Aprel , 2020 14:55
Gürcüstanda koronavirusa yoluxanların sayı 485-ə çatdı

Gürcüstanda koronavirusa 29 yeni yoluxma halı qeydə alınıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hökumətin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.

Bununla da ölkədə COVID-19 infeksiyasına yoluxanların sayı 485-ə çatıb. Həmin şəxslərin 139-u sağalıb, 6-sı isə ölüb.

Karantində 4 928, stasionar nəzarətdə isə 522 nəfər saxlanılır.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi