Gürcüstanda koronavirusa yoluxan əkizlər ölüb

Gürcüstanda koronavirusa yoluxan əkizlər ölüb Gürcüstanın Kutaisi şəhərində koronavirus diaqnozlu əkiz uşaqlar vəfat edib.
Region
20 Sentyabr , 2021 16:26
Gürcüstanda koronavirusa yoluxan əkizlər ölüb

Gürcüstanın Kutaisi şəhərində koronavirus diaqnozlu əkiz uşaqlar vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, onlar bir aya yaxındır özəl klinikanın intensiv terapiya şöbəsində müalicə olunurdular.

Körpələr avqustun 20-də 28 həftədə qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər.

Qeyd edək ki, uşaqların anası 47 yaşlı qadın sentyabrın 1-də COVID-19-dan ölüb. O, 10 il ərzində ana olmağa çalışırdı.

Son xəbərlər

Orphus sistemi