Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı yenidən kəskin artıb 

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı yenidən kəskin artıb  Gürcüstanda ötən sutkada koronavirusa 1 374 yeni yoluxma halı təsdiqlənib, 422 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent vəfat edib
Region
13 Aprel , 2021 10:49
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı yenidən kəskin artıb 

Gürcüstanda ötən sutkada koronavirusa 1 374 yeni yoluxma halı təsdiqlənib, 422 nəfər müalicə olunaraq sağalıb, 11 pasiyent vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyasına 290 129 nəfər yoluxub. Onların 278 251-i sağalıb, 3 894-ü ölüb.

Son 24 saat ərzində 37 524 test yoxlaması aparılıb.

Qeyd edək ki, ötən gün sutkalıq yoluxma sayı 359 təşkil edib.

Son xəbərlər

Orphus sistemi