Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 4 mini ötüb

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 4 mini ötüb Gürcüstanda son sutkada daha 4 048 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 856 nəfər sağalıb, 49 pasiyent isə vəfat edib.
Region
1643
22 Noyabr , 2020 11:09
Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 4 mini ötüb

Gürcüstanda son sutkada daha 4 048 nəfərdə koronavirus infeksiyası aşkarlanıb, 3 856 nəfər sağalıb, 49 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 104 732 yoluxma halı təsdiqlənib. Virusa yoluxanların 85 639-u sağalıb, 976-sı isə ölüb.

Hazırda karantin zonalarında 2 159, stasionar nəzarətdə 6 189 nəfər var. 3 449 nəfər isə xüsusi otellərdə tibbi nəzarət altında saxlanılır.

Son xəbərlər

Orphus sistemi