Gürcüstanda koronavirusa 1 800 yeni yoluxma qeydə alınıb, 20 nəfər ölüb

Gürcüstanda koronavirusa 1 800 yeni yoluxma qeydə alınıb, 20 nəfər ölüb Gürcüstanda son sutkada daha 1 800 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 489 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent isə vəfat edib.
Region
6 Yanvar , 2021 10:59
Gürcüstanda koronavirusa 1 800 yeni yoluxma qeydə alınıb, 20 nəfər ölüb

Gürcüstanda son sutkada daha 1 800 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 489 nəfər müalicə olunaraq sağalıb, 20 pasiyent isə vəfat edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə pandemiya başlayandan bu günədək COVID-19-a 233 879 yoluxma halı qeydə alınıb. Yoluxanların 223 276-sı sağalıb, 2 666-sı isə dünyasını dəyişib.

Hazırda karantin zonalarında 484, stasionar nəzarətdə 3 901 nəfər var. 765 nəfər isə xüsusi otellərdə tibbi nəzarətdə saxlanılır.

Son xəbərlər

Orphus sistemi