Gürcüstanda koronavirusa 1 219 yeni yoluxma qeydə alınıb

Gürcüstanda koronavirusa 1 219 yeni yoluxma qeydə alınıb Ümumi ölüm sayı 3 925-ə çatıb
Region
17 Aprel , 2021 10:48
Gürcüstanda koronavirusa 1 219 yeni yoluxma qeydə alınıb

Gürcüstanda ötən sutkada daha 1 219 nəfərə koronavirus diaqnozu qoyulub, 301 nəfər sağalaraq evə buraxılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da hazırkı dövrədək qonşu ölkədə COVID-19-a yoluxanların sayı 294 540-a, sağalanların sayı 280 132-yə çatıb.

Son 24 saat ərzində daha 9 nəfər vəfat edib və ümumi ölüm sayı 3 925-ə yüksəlib.

Son xəbərlər

Orphus sistemi