Bakı. 5 aprel. REPORT.AZ/ Gürcüstanda daş kömür şaxtasında qəza baş verib.
"Report" Gürcüstan mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 6 nəfər ölüb.
Hadisə İmereti bölgəsinin Tkibuli şaxtasında aprelin 5-də səhər saatlarında qeydə alınıb. İlkin məlumata əsasən, qəza şaxtada çoxlu hava kütləsinin toplanması nəticəsində baş verib.
Hadisə ilə bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.