Gürcüstanda “komendant saatı”nın müddəti artırıla bilər

Gürcüstanda “komendant saatı”nın müddəti artırıla bilər “Gürcüstanda hərəkət məhdudiyyəti ilə bağlı müddət artırıla bilər”.
Region
24 Noyabr , 2020 13:26
Gürcüstanda “komendant saatı”nın müddəti artırıla bilər

“Gürcüstanda hərəkət məhdudiyyəti ilə bağlı müddət artırıla bilər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan baş nazirinin birinci müavini Maya Tskitişvili brifinqdə bildirib.

Onun sözlərinə görə, ticarət obyektlərinin iş saatlarının azaldılması və ya müəyyən günlərdə fəaliyyət göstərməməsi ilə bağlı məsələ də müzakirə olunur.

M.Tskitişvili deyib ki, hazırkı mərhələdə ölkədə yeni əlavə məhdudiyyətlərlə bağlı qərar hələ qəbul edilməyib.

Qeyd edək ki, noyabrın 9-dan Gürcüstanın iri şəhərlərində saat 22:00-dan 05:00-dək vətəndaşların və avtonəqliyyat vasitələrinin hərəkəti qadağan olunub.

Son xəbərlər

Orphus sistemi