Gürcüstanda komendant saatı bir günlük qismən ləğv olunacaq

Gürcüstanda komendant saatı bir günlük qismən ləğv olunacaq Məhdudiyyət aradan götürüləcək
Region
26 Aprel , 2021 16:14
Gürcüstanda komendant saatı bir günlük qismən ləğv olunacaq

Gürcüstanda Pasxa gecəsi ölkədə qüvvədə olan komendant saatı qismən ləğv olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qərar qəbul edib.

Qərara əsasən, mayın 1-dən 2-nə keçən gecə hərəkətə məhdudiyyət yumşaldılacaq, saat 23:00-dan 04:00-dək hərəkət qadağan ediləcək. Məhz bu vaxt kilsələrdə bayram ibadətləri həyata keçirilir.

Qeyd edək ki, qonşu ölkədə pandemiya səbəbindən ötən ilin noyabrından saat 21:00-dan 05:00-dək komendant saatı tətbiq olunur. Novruz bayramı ilə bağlı Gürcüstanda yaşayan soydaşlarımız hökumətdən martın 21-də bu məhdudiyyətin bir günlük ləğvini xahiş etsələr də, müraciət təmin olunmayıb.

Son xəbərlər

Orphus sistemi