Gürcüstanda kibercinayətkarlıqla mübarizə polisi yaradılacaq
Region
- 22 dekabr, 2020
- 12:33
Gürcüstanın bütün iri şəhərlərində kibercinayətkarlıqla mübarizə üzrə polis bölmələri yaradılacaq.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri vəzifəsini icra edən Vaxtanq Qomelauri parlamentdə dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, bölmələr xüsusi proqram təminatı və texniki vasitələrlə təchiz olunacaq: “Kibercinayətkarlıqla mübarizənin effektivliyini artırmaq məqsədilə qanunvericilik bazası gücləndiriləcək, Avropa və ABŞ-ın cinayətkarlığın bu növü ilə mübarizədə aparıcı qurumları ilə operativ əməkdaşlıq dərinləşdiriləcək”.
Qeyd edək ki, bu il qonşu ölkədə 152 kibercinayətkar saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub. İllik müqayisədə bu kateqoriyaya aid qanunsuz əməllərin sayı 24 % artıb.
Son xəbərlər
16:54
Azərbaycanda nadir xəstəlikdən əziyyət çəkən şəxslərə verilən dərmanların sayı artırılıb
Sağlamlıq16:52
Rusiyada Azərbaycana qarşı qarayaxma: Bakının xoş niyyətini anlamayan şovinistlər - ŞƏRH
Analitika16:47
Azərbaycan CAR-a karbamid tədarük etməyə başlayıb
Biznes16:47
Ramin Məmmədov: Həyata keçirilən layihələrin məqsədi dini-mənəvi dəyərlərin qorunmasıdır
Din16:46
Fransa millisinin futbolçusu Uilyam Saliba bir neçə ay yaşıl meydanlardan kənarda qala bilər
Futbol16:44
İranda təxirə salınan quru əməliyyatı – İslam Respublikası hələ Venesuela deyil - ŞƏRH
Analitika16:41
İlin ilk altı ayında xaricdə alınan 9 elmi dərəcə Azərbaycanda tanınmayıb
Elm və təhsil16:40
Starmer Ukraynaya 16 təyyarənin tədarükü üçün 300 milyon avro ayrıldığını elan edib
Digər ölkələr16:35