Gürcüstanda karantin müddəti qısaldıldı

Gürcüstanda karantin müddəti qısaldıldı Gürcüstanda karantin müddəti 12 gündən 8 günədək endirilib.
Region
7 Sentyabr , 2020 15:29
Gürcüstanda karantin müddəti qısaldıldı

Gürcüstanda karantin müddəti 12 gündən 8 günədək endirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.

Qərara əsasən, karantin və ya özünütəcrid rejimində olan şəxsin 8 gündən sonra verəcəyi test neqativ çıxacaqsa o, karantin zonasını 9-cu gündə tərk edəcək və 12-ci gündə təkrar test verməli olacaq.

Qeyd edək ki, qonşu ölkədə karantin müddəti avqustun 13-də 14 gündən 12 günədək azaldılıb. 

Son xəbərlər

Orphus sistemi