Gürcüstanda itkin düşən turistlərdən ikisinin meyiti tapılıb, digər turist yaralıdır - YENİLƏNİB

Gürcüstanda itkin düşən turistlərdən ikisinin meyiti tapılıb, digər turist yaralıdır - YENİLƏNİB Gürcüstanın Svaneti bölgəsində itkin düşən 3 nəfər Belarus vətəndaşı tapılıb.
Region
267
15 Avqust , 2019 10:47
Gürcüstanda itkin düşən turistlərdən ikisinin meyiti tapılıb, digər turist yaralıdır - YENİLƏNİB

Gürcüstanın Svaneti bölgəsində itkin düşən 3 nəfər Belarus vətəndaşı tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, turistlərdən 2-si ölüb, digəri isə xəsarətlər alıb.

Yaralı turistin vəziyyətinin ağır olduğu bildirilir.


*** 10:10

Gürcüstanın Svaneti bölgəsində Tetnuldi dağında ötən gün axşam saatlarında itkin düşən Belarusdan olan 3 qadın turistin axtarışları bərpa olunub.

“Report”un yerli bürosu xəbər verir ki, bu gün səhər saatlarından başlayaraq axtarış-xilasetmə əməliyyatlarına Gürcüstan Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin helikopteri cəlb olunub.

Qeyd edək ki, ötən axşam əcnəbilərin axtarışları heç bir nəticə verməyib. Qaranlıq düşdüyündən axtarışlar dayandırılıb. Düşərgəyə qayıdarkən yoxa çıxan qadın turistlərin ikisinin, təxminən, 60, digərinin isə 36 yaşı var. 

Son xəbərlər

Orphus sistemi