Gürcüstanda itkin düşən moldovalı ata-oğulun meyitləri tapılıb

Gürcüstanda itkin düşən moldovalı ata-oğulun meyitləri tapılıb Gürcüstanda Uşba dağının zirvəsində itkin düşən iki əcnəbi vətəndaşın meyiti tapılıb.
Region
9 Sentyabr , 2021 10:14
Gürcüstanda itkin düşən moldovalı ata-oğulun meyitləri tapılıb

Gürcüstanda Uşba dağının zirvəsində itkin düşən iki əcnəbi vətəndaşın meyiti tapılıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə olunması Xidmətindən bildirilib.

Həmin şəxslərin axtarışları bir neçə gün davam edib. Axtarış-xilasetmə əməliyyatına helikopter də cəlb olunub.

Qeyd edək ki, meyitləri aşkarlanan şəxslər Moldova vətəndaşları olan Kulikov soyadlı ata-oğuldur. Sonuncu dəfə onlar avqustun 28-də əlaqəyə çıxıblar. Onların alpinist olduqları bildirilir.

Son xəbərlər

Orphus sistemi