Gürcüstanda işəgötürmə zamanı etnik diskriminasiya qadağan olunacaq

Gürcüstanda işəgötürmə zamanı etnik diskriminasiya qadağan olunacaq Gürcüstanda əmək münasibətlərində ayrı-seçkilik qanunla qadağan olunacaq.
Region
13 May , 2020 12:13
Gürcüstanda işəgötürmə zamanı etnik diskriminasiya qadağan olunacaq
0 : 00
0 : 00

Gürcüstanda əmək münasibətlərində ayrı-seçkilik qanunla qadağan olunacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Əmək Məcəlləsinə düzəlişlərlə bağlı qanun layihəsində bildirilib.

Parlamentə təqdim olunan sənədə əsasən, diskriminasiya ilə qəsdən və ya ehtiyatsızlıqdan irqi, dəri rəngi, dil, etnik və milli mənsubiyyət, məşğulluq vəziyyəti, yaşayış yeri, yaş və cinsə görə ayrı-seçkilik formaları nəzərdə tutulub.

Layihədə qeyd olunub ki, qanunla ayrı-seçkiliklə bağlı işəgötürəndən aidiyyəti orqana şikayət edən əməkdaşın işdən çıxarılması qadağan ediləcək. 

Son xəbərlər

Orphus sistemi