Gürcüstanda iş adamı qətlə yetirilib

Gürcüstanda iş adamı qətlə yetirilib Gürcüstanda biznesmen Vladimir Vaxaniya qətlə yetirilib.
Region
166
1 Sentyabr , 2021 14:41
Gürcüstanda iş adamı qətlə yetirilib

Gürcüstanda biznesmen Vladimir Vaxaniya qətlə yetirilib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə Zuqdidi bələdiyyəsinin Qanmuxuri kəndində baş verib.

İş adamının öz evində soyuq silahla öldürüldüyü bildirilir.

Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, qətli törədən şəxsin kimliyi artıq müəyyənləşdirilib. Faktla bağlı qəsdən adam öldürmə maddəsi üzrə istintaq başlanılıb.

Qeyd edək ki, V.Vaxaniya əsasən Rusiyada bizneslə məşğul olub. O, 2009-cu ildə Gürcüstanda jurnalist fəaliyyətinə mane olduğuna görə həbs edilib, 2012-ci ildə yerli seçkilərə majoritar namizəd kimi qatılıb.

Son xəbərlər

Orphus sistemi