Gürcüstanda iki dəfə zəlzələ olub

Gürcüstanda iki dəfə zəlzələ olub Gürcüstanda bir gün ərzində iki dəfə zələlə baş verib.
Region
129
11 Avqust , 2021 04:46
Gürcüstanda iki dəfə zəlzələ olub

Gürcüstanda bir gün ərzində iki dəfə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Gürcüstan Yer Elmləri İnstitutu və Milli Seysmik Monitorinq Mərkəzi məlumat yayıb.

Belə ki, yerli vaxtla saat 01:14 və 01:17-də Dmanisi rayonunun Sameba kəndi ərazisində zəlzələ qeydə alınıb.

Birinci qeydə alınan zəlzələnin maqnitudası 3,2, dərinliyi 9 km, ikinci zəlzələnin isə maqnitudası 3,1, dərinliyi 11 km olub.

Qeyd edək ki, avqustun 6-da da Dmanisi rayonunun Sameba kəndində iki zəlzələ qeydə alınmışdı.

Gürcüstan seysmik cəhətdən aktiv ölkədir. Gürcüstanda ən güclü zələlə 1991 -ci ildə Raça və İmereti (Qərbi Gürcüstan) bölgələrində baş verib, zəlzələnin maqnitudası 7,0 olub. Zəlzələ ocağında intensivlik 9 bal olub. Bu zəlzələ təxminən 200 adamın ölümünə, 46 000 evin və 1 000 sənaye obyektinin dağılmasına səbəb olub.

Son xəbərlər

Orphus sistemi