Gürcüstanda Heydər Əliyevin xatirəsi anılıb
Region
- 08 dekabr, 2021
- 07:10
Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəfatının 18-ci ildönümü ilə əlaqədar Tbilisidəki büstü ziyarət olunub.
“Report”un yerli bürosu xəbər verir ki, anım mərasimində Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycanın keçmiş Baş və Xarici İşlər naziri Həsən Həsənov, səfirlik əməkdaşları, SOCAR şirkətinin nümayəndələri, Gürcüstandakı Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) İdarə Heyətinin sədri Nəriman Qurbanov və təşkilatın üzvləri iştirak ediblər.
Ulu öndərin abidəsi önünə əklillər və gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad olunub.
Mərasim çərçivəsində Tbilisidəki Heydər Əliyevin adına memorial abidə və Rustavi şəhərindəki heykəli də ziyarət edilib.
Son xəbərlər
21:36
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb
Digər ölkələr21:06
Almaniyada iki elektrik yarımstansiyasının yaxınlığında partlayıcı qurğular aşkarlanıb
Digər ölkələr20:43
Zelenski Uitkoff ilə Kuşnerin Moskvaya və Kiyevə səfər edəcəyini təsdiqləyib
Digər ölkələr20:24
MİQ üzrə müsabiqədə müddətli əmək müqaviləsi ilə vakansiya seçimində 1467 namizəd uğur qazanıb
Elm və təhsil20:14
Bakıda İRONMAN70.3 yarışı ilə əlaqədar 13 marşrutun hərəkət sxemi dəyişdiriləcək
İnfrastruktur20:12
Türkiyə Superliqası klubu baş məşqçi postuna Orhan Akı gətirib
Futbol20:06
Peşə təhsil müəssisələrinə tələbə qəbulu üzrə 8791 nəfər müsabiqədən keçib
Elm və təhsil20:03
Rəşad Nəbiyev: Azərbaycan və Tacikistan arasında tranzit daşımaları 8 ayda 17 % artıb
Xarici siyasət20:02