Gürcüstanda həftəsonu məhdudiyyətlər tətbiq ediləcək

Gürcüstanda həftəsonu məhdudiyyətlər tətbiq ediləcək Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər şənbə-bazar günləri qüvvədə saxlanılacaq.
Region
4 Fevral , 2021 11:33
Gürcüstanda həftəsonu məhdudiyyətlər tətbiq ediləcək

Gürcüstanda pandemiya səbəbindən tətbiq olunan məhdudiyyətlər şənbə-bazar günləri qüvvədə saxlanılacaq.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Baş naziri Giorgi Qaxariya bildirib.

Hökumət başçısının sözlərinə görə, fevralın 15-dən sonra daha bir neçə məhdudiyyətin aradan götürülməsi nəzərdə tutulub.

G.Qaxariya yumşalmalara baxmayaraq, hamını məsuliyyətli olmağa və virusun yayılmaması üçün müvafiq qaydalara ciddi şəkildə əməl etməyə çağırıb.

Son xəbərlər

Orphus sistemi