Gürcüstanda həbsdən çıxan gənc ata və babasını qətlə yetirib

Gürcüstanda həbsdən çıxan gənc ata və babasını qətlə yetirib &
Region
8 İyul , 2020 09:29
Gürcüstanda həbsdən çıxan gənc ata və babasını qətlə yetirib

Gürcüstanın Mtsxeta şəhərində qətl hadisəsi törədilib.

"Report"un yerli bürosu xəbər verir ki, hadisə iki gün əvvəl baş verib. 

Dörd gün öncə həbsxanadan çıxan gənc ata və babasını gecə saatlarında yatdıqları yerdə soyuq silahla öldürüb.

Həmin şəxs qətl üstündə 15 il həbs cəzası çəkib. Hadisədən öncə o, ata və babası ilə mübahisə edib. Qətli törədəndən sonra isə hadisə yerindən qaçıb.

Faktla bağlı istintaq aparılır. Gəncin saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi