Gürcüstanda hamilə qadının koronavirusa yoluxma səbəbi məlum oldu - YENİLƏNİB

Gürcüstanda hamilə qadının koronavirusa yoluxma səbəbi məlum oldu - YENİLƏNİB “Tbilisiyə çatdırılan hamilə qadın koronavirusun təsdiqləndiyi 62 yaşlı Marneuli sakininin yaxın qohumudur”.
Region
5926
26 Mart , 2020 16:41
Gürcüstanda hamilə qadının koronavirusa yoluxma səbəbi məlum oldu - YENİLƏNİB
google
0 : 00
0 : 00

“Tbilisiyə çatdırılan hamilə qadın koronavirusun təsdiqləndiyi 62 yaşlı Marneuli sakininin yaxın qohumudur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın səhiyyə naziri Ekaterina Tikaradze bildirib.

Onun sözlərinə görə, 62 yaşlı pasiyentin təmasda olduğu bütün şəxslərin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir.

Nazir deyib ki, hamilə qadın Tbilisi Dövlət Tibb Universitetinin 1 saylı klinikasında müalicə olunur.

Qeyd edək ki, hamilə qadınla koronavirusla bağlı aparılan ilk test yoxlaması müsbət nəticə verib. Onunla bağlı tibbi yoxlamalar davam etdirilir.


saat 16.00

Gürcüstanda hamilənin koronavirusa yoluxması təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, 22 həftəlik hamilə qadın Bolnisidən Tbilisiyə çatdırılıb.

Onun virusa yoluxmasını sürətli test aşkar edib. Hazırda qadının vəziyyəti qənaətbəxşdir. Onda yüksək hərarət qeydə alınıb.

Qadından analiz nümunələri götürülüb və Luqar laboratoriyasına göndərilib.

Son xəbərlər

Orphus sistemi