Gürcüstanda hakim partiyadan olan deputatın mandatı ləğv edilib

Gürcüstanda hakim partiyadan olan deputatın mandatı ləğv edilib Gürcüstan parlamentinin plenar iclasında hakim Gürcü Arzusu Partiyasından olan deputat Zakaria Kutsnaşvilinin mandatının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul olunub.
Region
3 Sentyabr , 2019 14:15
Gürcüstanda hakim partiyadan olan deputatın mandatı ləğv edilib

Gürcüstan parlamentinin plenar iclasında hakim Gürcü Arzusu Partiyasından olan deputat Zakaria Kutsnaşvilinin mandatının vaxtından əvvəl dayandırılması barədə qərar qəbul olunub.

“Report"un Gürcüstan bürosu xəbər verir ki, 96 deputat qərarın lehinə səs verib.

Qeyd edək ki, Z. Kutsnaşvili bu ilin iyulun 3-də mandatının vaxtından əvvəl dayandırılması ilə bağlı parlament sədri Arçil Talakvadzeyə müraciət edib. O, Tianeti, Kazbeqi və Duşeti bölgələrindən majoritar qaydad seçilmiş deputatdır. Deputat Parlamentlərarası Pravoslav Assambleyasında (PPA) Gürcüstan nümayəndə heyətinin başçısı olub. Z. Kutsnaşvili Gürcüstanda böyük etirazlara səbəb olan PPA-nın Tbilisidə keçirilən 26-cı Baş Assambleyasının təşkilatçılarından biri olub.

Son xəbərlər

Orphus sistemi